Misli Premyer Liqasının 26-cı turuna Mərdəkanda yekun vurulacaq. Sport24.az xəbər verir ki, hesabat həftəsinin son matçında "Araz-Naxçıvan" "Sabah"ı qonaq edir.

 

Qonaqlar çempionluq, nominal meydan sahibləri isə avrokuboklara uğrunda mübarizə aparır. Heç şübhəsiz ki, bu oyunun favoriti "bayquşlar"dır. Ancaq Naxçıvan təmsilçisi də asan yem hesab olunmur. Meydan saibləri məqsədə çatmaq üçün bu qarşılaşmadan qalib ayrılmaq məcburiyyətindədir. Əks halda qarşıya qoyulan məqsədə çatmaq çətin olacaq. 

 

Qeyd edək ki, 27-ci turun oyunlarına aprelin 10-da start veriləcək.

 

Misli Premyer Liqası

III dövrə, XXVI tur

19:30. "Araz-Naxçıvan" - "Sabah"

Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Rəhman İmami, Rəşad Əhmədov
VAR: Tural Qurbanov
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Mərdəkan. "Liv Bona Dea Arena".