Misli Premyer Liqasının XXVI turunun "Qarabağ" – "Karvan-Yevlax" oyunundan (7:0) sonra qonaq komandanın baş məşqçisi Füzuli Məmmədov fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, mütəxəssis məğlubiyyəti belə şərh edib:
"Oyun haqqında çox danışmağa ehtiyac yoxdur, hər şey göz önündədir. Komandamız bu gün ağır məğlubiyyət aldı, "Qarabağ"ı təbrik edir, qarşıdakı oyunlarda onlara uğurlar arzulayıram".