Braziliya A Seriya təmsilçisi "Korintians" baş məşqçisi Dorival Juniorla yollarını ayırıb. Sport24.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

 

Komandaya müvəqqəti olaraq U-20-nin baş məşqçisi Uilyam Batista rəhbərlik edəcək.

 

Dorival Juniorun rəhbərliyi altında "Korintians" Braziliya Kuboku və Superkubokunun qalibi olub.

Qeyd edək ki, 2025-ci ilin aprelindən komandaya rəhbərlik edən mütəxəssisin müqaviləsinin müddəti 2026-cı ilin sonuna qədər idi.