"Liverpul" futbol klubunun rəhbərliyi komandanın baş məşqçisi Arne Slotun gələcəyini müzakirə etmək üçün təcili iclas keçirib. Sport24.az xəbər verir ki, son oyunda "qırmızılar" "Mançester Siti"yə 0:4 hesabı ilə məğlub olub.

 

Məlumata görə, niderlandlı mütəxəssisin vəzifəsində qalması üçün komandanı növbəti mövsüm UEFA Çempionlar Liqasına çıxarması tələb olunur. Əks halda onun istefaya göndəriləcəyi bildirilir.

 

İngiltərə Premyer Liqasında 31 turdan sonra "Liverpul" 49 xalla beşinci pillədə qərarlaşıb.