"Transfermarkt" platforması bu mövsüm Türkiyə Super Liqasında ən çox 11 metrlik cərimə zərbəsi yerinə yetirən klubların adını açıqlayıb. Sport24.az xəbər verir ki, siyahıda ilk pillədə 9 qazanılan penalti ilə Trabzonspor klubu qərarlaşıb.


İkinci pillədə Fənərbağça (7), üçüncü pillədə isə Göztepe (5) klubu var.


Digər favoritlərdən "Beşiktaş" 5-ci, "Qalatasaray" isə 8-ci pillədədir.