"Santos" dünya çempionatından öncə ulduz oyunçusu Neymarı hazır vəziyyətə gətirmək üçün bir strategiya hazırlayıb. Sport24.az xəbər verir ki, bu barədə "Globo" məlumat yayıb.
Mənbənin sözlərinə görə, komanda mundiala qədər 14 oyun keçirəcək ki, rəhbərlik 13 matçda hücumçunun xidmətindən yararlanmağı düşünür. Eyni zamanda onun fiziki hazırlığına da diqqət yetirəcək.
Yeganə istisna gələn çərşənbə günü Cənubi Amerika Kubokunda "Deportivo Kuenka" ilə keçiriləcək qarşılaşma olacaq. Qalan oyunlarda futbolçunun durumu fərdi olaraq qiymətləndiriləcək və xüsusilə vacib qarşılaşmalara diqqət yetiriləcək.
Mənbə həmçinin bildirir ki, Neymar gündə iki dəfə intensiv məşq edir. Ulduz futbolçunun məqsədi dünya çempionatına yollanacaq heyətdə yer almaqqdır.