"Mövsümdə qarşımıza qoyulan hədəfə nail olsaq da, nə arxayınlaşmaq, nə də motivasiyadan düşmək kimi fikirimiz yoxdu. Odur ki, maksimum yaxşı performans sərgiləyib, daha da irəli getməyi düşünürük". Bu sözləri Sport24.az-a açıqlamasında "Kəpəz"in futbolçusu Şakir Seyidov deyib.

 


Müqaviləylə "Sabah"a məxsus olan futbolçu gələcək karyerasını məşqçilərdən asılı olduğunu dedi: "Müqaviləylə "Sabah"a məxsusam. Masazır təmsilçisiylə 1 illik müqaviləm var. "Kəpəz"dəki icarə müdddətim isə mövsümün sonunda bitir. Gələcək karyeram hər 2 klubun məşqçilərinin qərarında asılı olacaq. Bunun üçün mövsümün bitməsini gözləyirəm".

 


23 yaşlı oyunçu "Sabah"ın uğur avrokuboklara yollanacağına inandığını vurğulamaqla yanaşı, "bayquşlar"ın Krunoslav Renduliç barədə də fikirlərini bölüşüb: "Hazırda avrokuboklar uğrunda gərgin mübarizə gedir.  "Sabah" "Zirə"ylə eyni xala malik olsa da, "Səbail"i 7 xal qabaqlayırlar. Fikrimcə, komanda qitəmiqyaslı yarışa vəsiqə qazanacaq. Xorvatiyalı mütəxəssisin məşq prossesini görməmişəm. Odur ki, onun futbol fəlsəfəsi haqqında danışa bilmərəm. Hər halda onun gəlişi kollektivə yaxşı mənada təsir edib".

POLAD AZƏR