"Real" İspaniya çempionatında 2023/2024 mövsümünün çempionu olub. Sport24.az xəbər verir ki, Madrid klubu 36-cı dəfə La Liqanın qalibi adına yiyələnib.

 

Karlo Ançelottinin komandası 34 turdan sonra 84 xal toplamaqla buna nail olub. "Jirona"nın "Barselona"nı 4:2 hesabı ilə məğlub etməsindən sonra "Real" vaxtından əvvəl 1-ci yeri təmin edib. Madrid klubu sona 4 tur qalmış ən yaxın izləyicisini 13 xal qabaqlayır.

 

Qeyd edək ki, "Real" 34-cü turda "Kadis"ə 3:0 hesabı ilə qalib gəlib.