"Qəbələ"nin zədəli futbolçusu Ülvi İsgəndərov Türkiyədə əməliyyat olunub. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı hücumçuya qasıq yırtığı ilə bağlı cərrahi müdaxilə İstanbulda gerçəkləşib.

 

İsgəndərovun əməliyyatı uğurlu keçib. Onun 3-4 həftə sonra komanda ilə məşqlərə başlayacağı gözlənilir.

 

Qeyd edək ki, Ülvi son matçını martın 9-da "Sabah"a qarşı keçirib.