FIFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Superliqasının oyununu idarə edəcək. Sport24.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, o, aprelin 28-də baş tutacaq "Panatinaikos" - "Aris" matçına təyinat alıb.

A

ğayevə yan xətt hakimləri Zeynal Zeynalov və Əkif Əmirəli kömək göstərəcəklər. Digər FIFA referisi Kamal Umudlu AVAR-da yer alacaq.

 

Qeyd edək ki, oyunu start fiti Bakı vaxtı ilə saat 21:30-da səslənəcək. Onu da vurğulayaq ki, "Panatinaikos"u tanınmış türk mütəxəssis Fatih Terim çalışdırır.