Bu gün Azərbaycan Basketbol Liqasında XVIII turun növbəti görüşü keçiriləcək.

Sport24.az xəbər verir ki, günün yeganə matçı Bakıda keçiriləcək.

"Xırdalan" "Cəlilabad"ı sınağa çəkəcək. Birincilər pley-offa vəsiqə qazandıqlarından rəqib son matçında qapını möhkəm vurmaya çalışacaq.

Qeyd edək ki, turun ilk matçında "Sabah" "Xəzri"ni 77:65 hesabı ilə məğlub edib. Sabah "Sərhədçi" "Neftçi" ilə üz-üzə gələcək. Aprelin 27-si "Gəncə" "Sumqayıt"ı, ertəsi gün NTD-İNDİQO "Şəki"ni qəbul edəcək.

25 aprel
XVIII tur

19:30. "Xırdalan" – "Cəlilabad"
"Sərhədçi" İdman Mərkəzi