Madrid "Real"ının forvardı Vinisius Junior sosial şəbəkə hesabında tennisçi Rafael Nadalla şəklini paylaşıb.

Sport24.az xəbər verir ki, braziliyalı hücumçu şəklin altında "Əfsanə", – sözü yazıb.

Xatırladaq ki, Rafael Nadal hazırda Madriddə turnirdə iştirak edir. Bundan əvvəl isə o, Barselonadakı turnirdə mübarizə aparmışdı. Oradan paytaxta gələn tennisçi "El-Klasiko"nu da izləmişdi. Böyük ehtimalla şəkil də məhz həmin oyundan sonra çəkilib.