Xəbər Lenti

    Subotiç: "Hücumçu kimi işimin öhdəsindən gələ bilmədim"

    FutbolTarix: 2017-03-19 21:17:00
    ...

    "Qəbələ"nin isveçrəli futbolçusu Daniel Subotiç Azərbaycan Premyer Liqasının XXIII turunda AZAL-la səfərdə qolsuz bərabərliyə qaldıqları matçdan sonra brifiqn keçirib. Sport24.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran hücumçu ilk olaraq matç haqda danışıb. 

    - Bu gün bəxt bizdən yana deyildi. İlk yarıda qol şanslarından  yararlanmaq lazım idi. Ancaq bu imkanları boşa verdik. Yekunda isə son dəqiqə qolu ilə üzüldük. Nə etmək olar. Qarşıdakı oyunlara baxacağıq.

    - Öz oyunundan razı qaldınmı?

    - Xeyr. İlk hissədə qol vurmalı idim. Hücumçu kimi işimin öhdəsindən gələ bilmədim.

    - Oyundan sonra baş məşqçinin sizə iradı oldumu?

    - Heç nə demədi. Sadəcə özümüzə gəlib, qabağa baxmalıyıq.

    - Bu xal itkisi ilə çempionluqdan uzaq düşdüyünüzü demək olarmı?

    - Son turlarda hadisələr istədiyimiz kimi alınmır. Bu da normaldı. Futbolda belə şeylər olur. Yaxşı oynasaq da, nəticə gəlmir.

    - Bəs niyə belə alınır? Bunun səbəbi nədir?

    - Hansısa bir səbəb göstərə bilmirəm. Fiziki və psixoliji olaraq, hər şey qaydasındadı. Komandada ab-hava da yerindədir. “Neftçi”yə də, AZAL-a da qalib gəlməli idik.

    - Çempionluq əldən getsə, necə olacaq?

    - Bu barədə düşünmürük belə. Ancaq bizim məqsədimiz var və sona qədər mübarizə aparacağıq. Qarşıda hələ oyunlar var. İnanırıq ki, çempion biz olacağıq. (futbolxeber.az)

     

     

     
Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 8 6 1 1 14-4 19
Qəbələ 9 6 1 2 12-8 19
Zirə 9 5 3 1 16-7 18
Sumqayıt 9 4 1 4 10-12 13
Neftçi 9 3 1 5 10-9 10
Səbail 8 3 0 5 5-12 9
İnter 9 2 2 5 7-12 8
Kəpəz 9 1 1 7 5-15 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 4 3 1 0 7-3 10
Sabah 4 2 1 1 7-2 7
Binə 4 2 1 1 5-1 7
MOİK 4 2 1 1 5-3 7
Turan T. 4 2 1 1 5-7 7
Xəzər 4 1 2 1 6-3 5
Şüvəlan 4 1 1 2 2-3 4
Mil-Muğan 4 1 1 2 4-7 4
Ağsu 4 1 1 2 4-7 4
Zaqatala 4 0 0 4 1-12 0