Xəbər Lenti

    Teymur Rəcəbov 20 min avro mükafatlıq Qran Prinin qalibi oldu

    FutbolTarix: 2017-07-16 11:33:00
    ...

    Azərbaycan şahmatçısı Teymur Rəcəbov İsveçrənin Cenevrə şəhərində keçirilmiş FİDE Qran Prisinin qalibi olub. Sport24.az xəbər verir ki, 30 yaşlı qrossmeyster buna 9 turluq mübarizənin yekununda qazandığı 6 xalla nail olub.

    Rəcəbov sonuncu turda ağ fiqurlarla ən yaxın izləyicisi, rusiyalı Yan Nepomnyaşi ilə heç-heçə etsə də, digər rusiyalı Aleksandr Qrişuk da hollandiyalı Aniş Giri ilə xalı yarı bölüb. Nəticədə Teymur ən yaxın izləyicilərini yarım xal üstələyərək, liderliyini qoruyub.

    Turnirdəki digər təmsilçimiz Şəhriyar Məmmədyarov isə 5 xalla 4 - 10-cu yerləri bölüşüb. Rəcəbov 20 min avro, Məmmədyarov isə 11 min avro mükafata sahib olub.

    Qeyd edək ki, FİDE Qran Prisi 4 seriyadan ibarətdir. 24 şahmatçı bunların yalnız 3-də çıxış edir və 3 seriya başa çatıb. Hesabında 340 xal olan Məmmədyarov 1-ci, 241,43 xala malik Rəcəbov isə 2-ci pillədə qərarlaşıb. 4-cü seriya noyabrın 15-dən 26-dək İspaniyanın Palma de Malyorka şəhərində təşkil olunacaq. Şəhriyar artıq 3 seriyaya qatıldığı üçün sonuncudan kənarda qalacaq. Teymur isə iştirakçılar siyahısında olacaq. Reqlamentə əsasən, 4 seriyalıq FİDE Qran Prisinin yekununda ilk 2 yeri tutan şahmatçılar İddiaçılar Turnirinə vəsiqə qazanırlar.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 1 1 0 0 3-1 3
Qəbələ 1 1 0 0 2-1 3
Zirə 1 1 0 0 2-1 3
Sumqayıt 1 1 0 0 2-1 3
Kəpəz 1 0 0 1 1-2 0
Səbail 1 0 0 1 1-2 0
İnter 1 0 0 1 1-2 0
Neftçi 1 0 0 1 1-3 0
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10