Xəbər Lenti

    “Roma”nın futbolçusu millidən getdi 

    FutbolTarix: 2017-11-14 12:16:00
    ...

    İtaliyanın “Roma” klubunun yarımmüdafiəçisi Daniele de Rossi milli karyerasını başa vurduğunu bəyan edib. Sport24.az xəbər verir ki, təcrübəli futbolçu bu qərarını DÇ-2018-ə vəsiqə uğrunda İsveçlə keçirilən cavab pley-off qarşılaşmasından sonra açıqlayıb. O, yeni komandanın qurulmalı olduğunu vurğulayıb:

    “Ölkəmin şərəfini qorumaq üçün 10 il sərf etmişəm. Yığmanın formasını sonuncu dəfə soyunmaq qəribə hissdi. Gələcəyə hesablanmış yeni komanda qurmaq üçün futbolçularımız var”.

    34 yaşlı futbolçu İtaliya yığmasında 100-dən artıq oyun keçirib.

    İtaliya iki oyunun nəticəsində İsveçə məğlub olaraq (0:1, 0:0), DÇ-2018-ə vəsiqə qazana bilməyib. Bundan sonra De Rossi ilə yanaşı, təcrübəli qapıçı Canluici Buffon da milli karyerasını başa vurduğunu bəyan edib. Corco Kyellini və Andrea Bardzalyinin də İtaliya yığmasından getdiyi bildirilir.
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 10 8 1 1 17-4 25
Zirə 11 7 3 1 19-8 24
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 11 5 1 5 14-15 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 10 3 0 7 6-16 9
Keşlə 11 2 2 7 8-17 8
Kəpəz 11 2 1 8 7-17 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 8 6 2 0 13-5 20
MOİK 8 5 2 1 15-6 17
Turan Tov. 8 4 2 2 12-10 14
Xəzər 8 3 3 2 9-5 12
Binə 8 3 2 3 9-5 11
Mil-Muğan 8 3 1 4 11-15 10
Şüvəlan 8 3 1 4 8-9 10
Sabah 8 3 1 4 11-12 10
Ağsu 8 2 2 4 10-15 8
Zaqatala 8 0 0 8 2-18 0