Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı bu yay "transfer pəncərəsi" dövründə böyük ehtimalla, "Yurqorden"i tərk edəcək. Sport24.az İsveçin "Expressen" nəşrinə istinadən xəbər verir ki, bu haqda klubun idman direktoru Bosse Andersson bildirib.

 

O,  Musa ilə bağlı məsələyə münasibət bildirərkən "Mən heç nəyi istisna etmirəm" deyə, jurnalistin sualına cavab verib.

 

Qeyd edək ki, Qurbanlı 2023-cü ilin iyul ayında "Yurqorden"lə 3 illik müqavilə imzalayıb. O, bu mövsüm İsveç çempionatında 1 oyunda meydana çıxıb. 22 yaşlı hücumçunun adı son 2 rəsmi matçda protokola daxil edilməyib.