Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Şarja" klubunun yarımmüdafiəçisi Miralem Pyaniç Bosniya və Herseqovina millisindəki karyerasını başa vurduğunu açıqlayıb. Sport24.az xəbər verir ki, tanınmış futbolçu bu barədə sosial şəbəkə vasitəsilə məlumat verib.

 

16 il millidə çıxış edən Pyaniç bu müddətdə 115 oyunda 17 dəfə fərqlənib. O, yığmada keçirdiyi oyunların sayına görə yalnız Edin Cekodan (134) geri qalır.

 

Qeyd edək ki, 34 yaşlı bosniyalı karyerası ərzində "Mets", "Marsel", "Roma", "Yuventus", "Barselona" və "Beşiktaş" kimi klublarda çıxış edib. O, 2022-ci ildə "Əl-Şarja" ilə müqavilə bağlayıb.