"Azər müəllim getdi, yerinə Elmar Baxşıyev gəldi. Qısa vaxtda zamanda "Araz-Naxçıvan"da dəyişiklik gözləmək sadəlövlük olardı". Bu sözləri Sport24.az-a açıqlamasında Naxçıvan təmsilçisinin məşqçilər korpusunda yer alan Əfran İsmayılov deyib.

 

Azər Bağırov klubdan ayrılsa da "Araz-Naxçıvan" hələ də "qara zolaq"dan çıxa bilməyib. Komanda Elmar Baxşıyevin rəhbərliyi altında artıq iki oyun keçirib. "Qırmızı-ağlar" yeni baş məşqçinin rəhbərliyi altında meydana çıxdığı hər 2 matçda xala həsrətdi.

 

Məsələ ilə bağlı saytımıza açıqlama verən İsmayılov növbəti mövsümü düşündüklərini vurğulayıb: "Elmar müəllimin sözünü deməsi üçün vaxt lazımdı. Baxşıyev yetəri qədər savadlı, təcrübəli və nəticə vetən məşqçilərimizdəndi. Ona oyun fəlsəfəsini yetirmələrinə aşılamaq və futbolçularında onun istək və tələblərini mənimsəyib meydanda sərgiləməsi üçün zaman ehtiyac var. Hesab edirəm ki, yaya qədər vəziyyət düzələcək və növbəti mövsümdən fərqli "Araz-Naxçıvan" görəcəyik".

 

Qeyd edək ki, hazırda aktivində 32 xal olan Naxçıvan təmsilçisi 32 xalla 8-ci pillədə qərarlaşıb

 

Polad Azər