Rusiyada universitetlər arasında üzgüçülük üzrə "Rektor kuboku" keçirilib.

Sport24.az xəbər verir ki, Azərbaycan millisi 2 qızıl, 4 gümüş və 3 bürünc medal qazanıb.

Əbdürrəhman Rüstəmov 50 metr və 200 metr məsafəyə batterflyay üsulunda üzmədə birinci, eyni üsulla 100 m, həmçinin qarışıq üsulla və sərbəst üsulla 200 metr məsafəyə üzmədə ikinci yeri tutub.

Fatimə Alkərəmova 200 metr məsafəyə sərbəst üsulda gümüş, eyni məsafəyə qarışıq və 100 m məsafəyə sərbəst üsulda bürünc medal qazanıb.

Digər idmançımız Rəşad Alquliyev isə 200 metr məsafəyə qarışıq üsulla üzmədə finiş xəttinə üçüncü çatıb.

Qeyd edək ki, "Burevestnik" üzgüçülük hovuzunda keçirilən yarışda Rusiyanın 32 regionundan 1084 idmançı mübarizə aparıb.