Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov və vitse-prezident Bəhruz Quliyev voleybol üzrə qadınlar və kişilər arasında CEV Çempionlar Liqasının final qarşılaşmalarını izləmək üçün Türkiyənin Antalya şəhərinə səfər ediblər.

Sport24.az xəbər verir ki, AVF rəhbərliyi burada təlim-məşq toplanışında olan çimərlik voleybolçularımızla da görüşüb.

Şahin Bağırova təlim-məşq toplanışı haqqında məlumat verilib. Federasiya prezidenti voleybolçulara məşqlərdə və qarşıdakı yarışlarda uğurlar arzulayıb.

Federasiya rəhbərliyi daha sonra voleybolçularla birgə Antalya Spor Salonunda keçirilən "Super Finallar"ı izləyib.