Kosta-Rika və Azərbaycan Gimnastika Federasiyaları arasında gimnastikanın inkişafı və təbliği məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Sport24.az xəbər verir ki, Anlaşma memorandumu AGF-nin baş katibi Nurlana Məmmədzadə və Kosta-Rika Gimnastika Federasiyasının prezidenti Villarreal Guadamuz İveth Lorena tərəfindən imzalanıb.

Bu əməkdaşlıq federasiyalararası təcrübə mübadiləsi baxımından əhəmiyyətlidir.