"Sumqayıt"ın baş məşqçisi Samir Abasovun "Barselona"da təcrübə proqramı davam edir. Sport24.az xəbər verir ki, bunu "Gənclik şəhəri" təmsilçisinin mətbuat xidməti açıqlayıb.

 

Abasov proqram çərçivəsində "Barselona" Akademiyasının - "La Masiya"nın fiziki hazırlıq üzrə direktoru Manuel Lapuente ilə görüşüb. Mütəxəssis gənc oyunçuların fiziki hazırlıq proqramları və onların əsas komandaya adaptasiyası haqqında təcrübələri ilə tanış olub.

 

O, səfər çərçivəsində, həmçinin, "Barselona" B komandasının baş məşqçisi Rafael Markeslə də görüşərək fikir mübadiləsi aparıb. Baş məşqçi ötən gün əsas komandanın məşqini izləyib və "Barselona"nın prezidenti Joan Laporta ilə də görüşüb.