Xəbər Lenti

    Bakıda Dünya Test Yarışı təşkil olunacaq

    DigərTarix: 2017-09-12 15:37:00
    ...

    2018-ci ilin iyun ayında Azərbaycan paytaxtında keçiriləcək BMX üzrə dünya çempionatına hazırlıq məqsədilə bu ilin oktyabr ayının 28-29-da Bakıda Dünya Test Yarışı təşkil olunacaq. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasının yaydığı məlumatda bildirilir. 

    Artıq bu yarış Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2017-ci il üçün təqvim planına daxil edilib. 

    Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqı gələn ildən etibarən BMX idmanı üzrə dünya çempionatını yeni standartlara uyğun yarış trasında təşkil edəcək. Yəni “Bakı-2018” dünya çempionatları tarixində bir ilkə imza atacaq. Bununla əlaqədar olaraq beynəlxalq federasiyanın tövsiyələri əsasında Bakı BMX Trekinin marşrutunda bir sıra dəyişikliklər edilib.

    Qeyd edək ki, velosiped idmanının ən gənc növü olan BMX 2008-ci ildən etibarən Yay Olimpiya Oyunlarının proqramına salınıb və hazırda planetin ən populyar idman növləri sırasında yer alır.
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Zirə 5 4 1 0 11-4 13
Qarabağ 4 4 0 0 8-2 12
Qəbələ 5 3 1 1 8-5 10
Inter 5 2 1 2 6-6 7
Sumqayıt 5 2 1 2 5-6 7
Səbail 4 1 0 3 3-6 3
Neftçi 5 0 1 4 2-7 1
Kəpəz 5 0 1 4 3-10 1
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10