Xəbər Lenti

    Səbuhi Səfiyarlı: "O, bizə getmək istədiyini dedi, biz də müqaviləsini pozub yola salacağıq"

    FutbolTarix: 2017-08-11 16:17:00
    ...

    "Qəbələ" yay fasiləsində heyətinə qatdığı ispaniyalı futbolçu Fransisko Xavyer Ernandes Qonzaleslə yollarını ayırır. Əsas komandanın rəisi Səbuhi Səfiyarlı Sport24.az-a açıqlamasında bu addımın legionerin təşəbbüsü ilə bağlı olduğunu bildirib. 

    Səfiyarlı buna etiraz etmədiklərini söyləyib: "İspaniyalı komandamızda yalnız 1 oyun keçirdi. Bu, Avropa Liqasında ilk matçımız - "Yagelloniya" ilə "Bakcell Arena"dakı qarşılaşma idi. Ondan sonra zədəsi olduğundan Polşadakı cavab matçında "18-lik"dən kənarda qaldı. "Panatinaikos"la matçlarda isə iştirak ərizəsinə düşmədü. Bundan sonra özü gəlib dedi ki, getmək istəyirəm. Biz də buna etiraz etmədik. Ona görə də qarşılıqlı razılaşma əsasında müqaviləni pozacağıq".

    Klubun meneceri legioneri hələ yola salmadıqlarını diqqətə çatdırıb: "Hazırda sənədləşmə işləri gedir.  Bilmirik ki, futbolçunun yeni variantı var, ya yox. Sadəcə, özü yaxınlaşıb getmək istədiyini dedi. Onu da bildirdi ki, burda legioner limit də var, yəqin ki, oynaya bilməyəcəyəm. Digər legionerlərimizdən belə bir istəklə bizə müraciət edən hələ ki yoxdu".  

    Xatırladaq ki, Polşanın “Qurnik Lençna” klubundan gələn 28 yaşlı Qonzales "Qəbələ"nin yayda heyətinə qatdığı ilk legioner olub. Onunla 1 ili şərti olmaqla, 2 illik müqavilə imzalanıb.

    MEHMAN SÜLEYMANOV

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 7 6 1 0 14-3 19
Zirə 8 5 3 0 15-5 18
Qəbələ 8 5 1 2 11-8 16
Sumqayıt 8 3 1 4 8-11 10
İnter 8 2 2 4 7-11 8
Neftçi 8 2 1 4 9-9 7
Səbail 7 2 0 5 4-12 6
Kəpəz 8 1 1 6 5-14 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 2 2 0 0 3-1 6
Xəzər 2 1 0 1 4-1 3
Şüvəlan 2 1 0 1 3-1 3
MOİK 2 1 0 1 3-2 3
Binə 2 1 0 1 2-1 3
Sabah 2 1 0 1 2-2 3
Mil-Muğan 2 1 0 1 1-2 3
Ağsu 2 1 0 1 1-3 3
Turan Tov. 2 1 0 1 1-4 3
Zaqatala 2 0 0 2 1-4 0