Xəbər Lenti

    "Bakıda da qələbə qazanmasaq, daha nə oldu?!"

    BoksTarix: 2017-03-18 16:58:00
    ...

    Boks üzrə Avropa çempionu, ikiqat DÇ mükafatçısı, London Olimpiadasının üçüncüsü Teymur Məmmədov Sport24.az-a müsahibə verib. O, dünən başa çatan ənənəvi "Böyük İpək Yolu" turnirindəki qalibiyyəti və digər məsələlər haqda danışıb. Müsahibəni təqdim edirik

    - Teymur, "Böyük İpək Yolu turnirində qalib oldun. Mübarizə haqda təəssüratlarını öyrənək.

    - Yarışa çox yaxşı hazırlaşmışdıq. Yeni baş məşqçi komandanı yarışlara çox yaxşı hazırlayır. Bunun nəticəsi də yarışın gedişatında özünü göstərdi. Öz çıxışımı da, digər komanda yoldaşlarımın çıxışını da yüksək qiymətləndirirəm. Uşaqlar özlərini doğrultdular.

     

    - Demək istəyirsən ki, Leonid Laynski Pedro Roka nisbətdə daha yaxşıdı?

    - Xeyr. Kubalı professor idi. Onun rəhbərliyi altında çalışmaq mənə və komanda yoldaşlarıma xoş idi. Onunla mən Avropa Oyunlarının qalibi olmuşdum, necə pis deyə bilərəm?!

     

    - 91 kiloqram çəki dərəcəsinə qayıtdıqdan sonra qələbələri sıralayırsan. Bu, artıq üçüncü birinciliyindi. Bundan əvvəl respublika çempionu və Neft Ölkələrinin Dünya Kuboku yarışının qalibi olmuşdun. 

    - Bu çəki mənə həm doğma, həm də rahatdı. İllərlə 91-də çıxış etmişəm. Nəticələrin ardını da gətirəcəm, inşallah!

    - "Rio 2016"dan sonra karyeranı bitirəcəyinlə bağlı söhbətlər gəzirdi. Amma zaman əksini göstərdi...

    - Boksdayam hələ. Bu tsikli də vuruşacam. Yalnız Tokiodan sonra bitirəcəm karyeramı. Qarşıda böyük turnirlər var. Elə birincisi İslam Oyunlarıdı.

    - Boksun İslam ölkələri arasında populyar olduğunu nəzərə alanda, İslamiadada mübarizənin asan olmayacağı görünür

    - Düzdü. Hər yarışın özünə görə çətinliyi var. İslamiada da eləcə. Əsas rəqiblər Qazaxıstan və Özbəkistandı. Amma deyim ki, onların da Bakıya hansı boksçularla gələcəyini bilmirik. Olimpiadadan sonra bir neçəsi peşəkar boksa keçdi. Hər halda, çalışacam ki, bizi dəstəkləyən həmvətənlərimi pis vəziyyətdə qoymayım. Bakıda da qələbə qazanmasaq, daha nə oldu?!

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 28 18 6 4 46-14 62
Qəbələ 28 14 10 4 48-21 52
İnter 28 11 10 7 39-33 43
Zirə 28 10 9 9 29-26 39
Kəpəz 28 9 9 10 24-27 36
Sumqayıt 28 9 8 11 28-35 35
Neftçi 28 9 2 17 24-45 29
AZAL 27 1 7 20 13-50 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10