Xəbər Lenti

    Azarkeş komandası - LAYİHƏ

    LayihəTarix: 2017-05-29 23:38:00
    ...

    (əvvəli bu linkdə: http://sport24.az/?p=sport&x=2903)

    Sport24.az saytı AFFA yanında Media Komitəsinin qaliblərindən olan "İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması” istiqaməti üzrə "Futbol – biznesə aparan yol, böhran iqtisadiyyatında idarəedicilərin peşə biliyi, marketinq və hüquqi müstəvidə həlledici qərarlar” layihəsində silsilə yazılarını davam etdirir. Beşinci və altıncı yazılarda AFFA-nın hüquqşünası vəzifəsində çalışmış, hazırda isə “İnter”in icraçı direktoru Rəmiş Malıyevə “Azarkeş komandası” mövzusunda tribuna verdik.

    3. SƏHMDAR CƏMİYYƏT FORMASINDA FUTBOL KLUBUNUN YARADILMASI

    Səhmdar cəmiyyət formasında klub (bundan sonra “Səhmdar Cəmiyyət”) yaratmaq üçün ilkin olaraq ilk təsisçilər yığışaraq klubu təsis edirlər. Təsis edərkən onlar ilk olaraq klubun adını, nizamnamə kapitalını, təsisçilərin pay bölgülərini, səhmdar cəmiyyətin ünvanını, səhmlərin sənədli və ya sənədsiz, adlı və ya adsız olması məsələsini müəyyən edirlər. Bundan sonra “Səhmdar cəmiyyət” Azərbaycan Respublikası Vergilər Nazirliyinin müvafiq idarəsində dövlət qeydiyyatından keçirilir. Dövlət qeydiyyatından keçdikdən sonra “Səhmdar cəmiyyət” möhür düzəltdirir və bank hesabları açır. “Səhmdar cəmiyyət” eyni zamanda Qiymətli kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatdan keçir, müvafiq şəhadətnamə alır və depozit mərkəzi ilə reyestrin aparılması ilə bağlı müqavilə imzalayır. Bununla da Səhmdar cəmiyyətin yaradılmasının birinci mərhələsi olan qeydiyyat mərhələsi bitir.

    İkinci mərhələ Səhmdar cəmiyyətin yeni səhmlərinin buraxılmasıdır. Səhmdar cəmiyyətin Ümumi Yığıncağı yeni səhmlərin buraxılmasını elan edir. Yeni səhmlərin buraxılması ilk olaraq müvafiq Vergilər idarəsində qeydiyyata alınır. Bundan sonra isə onlar Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alınır və açıq satışa buraxılır. Bu zaman kluba dəstək vermək istəyən istənilən şəxs klubun səhmlərini almaqla onun səhmdarına çevrilir. Azarkeş klubda səhmdar (sahib) olaraq geniş, o cümlədən aşağıdakı hüquqlara malik olacaq:

    * Klubun idarə edilməsində qanunvericiliklə və klubun nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək;

    * Qanunvericiliklə müəyyən edilmiş qaydada, Klubun fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq;

    * Klubun səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək;

    * Klubun səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini tələb etmək;

    * Klubun səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək;

    * Klubun fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək

    * Klubun xalis mənfəətindən dividend almaq;

    * Klubun fəaliyyətinə xitam verildikdə, klubun kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq;

    * Qanunvericilikdə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq.

    Yuxarıda göstərilən hüquqlara əsasən azarkeş klubun fəaliyyəti ilə bağlı bütün məsələlərə təsir etmək o cümlədən mənfəət əldə etmək imkanına malik olacaq. Bu da azarkeş komandası-nın yaradılmasına gətirib çıxaracaqdır.

     

    4. İctimai Birlik və SC-nin xüsusiyyətlərinin müqayisəsi

    Müqayisə meyarı İctimai Birlik SC

    Məqsəd: Nizamnamədə göstərilmiş məqsədlərə çatmaq, mənfəət əldə etmək.

    Qeydiyyat Dövlət qeydiyyatına alındığı andan hüquqi şəxsdir.

    Daxil olma imkanı Nizamnamə tələbləri yerinə yetirildikdən və üzvlük haqqı keçirildikdən sonra istənilən vaxt Səhmdarlardan birinin öz səhmini satması və ya əlavə səhmlər yerləşdirilən zaman səhmlərin alınması ilə;

    Çıxarılma imkanı Nizamnamənin tələbləri, üzvlük barədə əsasnamə pozulduqda, üzvlük haqları verilmədikdə və ya məhkəmənin qərarı ilə Səhmlərə olan hüquqlar itirildikdə yəni səhmlər satılan, bağışlanılan, müsadirə olunan və ya məhkəmə qərarı ilə əldən alınan zaman;

    İdarəetmədə iştirak Ümumi yığıncaqda səs vermək hüququ ilə bağlı bütün üzvlər bərabər hüquqlara malikdir. Bir üzv-bir səs Səhmdarların Ümumi Yığıncağında iştirak –Səhmdar nizamnamə kapitalında olan paya mütanasib şəkildə Ümumi Yıgıncagda iştirak edir.

    Üçüncü şəxslərə öz hüquqlarını vermə mümkün deyil, Etibarnamə və ya səhmlərin satılması ilə mümkündür.

    Üzvlərin hüquqi şəxsin əmlakına olan hüquqları ləğv olunma zamanı bütün kreditorların tələbləri ödənildikdən sonra Nizamnamədə göstərilən məqsədlərə yönəldilir. Bu olmadıqda isə dövlət büdcəsinə kecirilir. Ləğv olunma zamanı kreditorların tələbləri ödənildikdən sonra nizamnamə kapitalında səhmdarların paylarına uyğun olaraq onlar arasında bölüşdürülür.

     

    5. İngiltərə təcrübəsinə uyğun Azarkeş Birliyini yaradaraq klubun paylarını almaq

    Bu yol İngiltərə təcrübəsində geniş izah edilmişdir.

     

    6. Nəticə

    Əsas məqsəd klubların yenidən qurulmasıdır. Bu məqsədə çatmaq üçün azarkeşlərin birbaşa təsisçiliyi və maliyyə dəstəyi ilə klubları yenidən qurmaq olar. Azarkeşlərin təsisçiliyi və maliyyə dəstəyi ilə ortaya çıxan klub gələcəkdə də onların dəstəyi ilə fəaliyyət göstərməlidir. Kluba təsisçilik və maliyyə yardımı edən azarkeş onun bütün fəaliyyətində birbaşa və dolayı olaraq iştirak edəcək. Kluba təsisçiliyi və ona maliyyə dəstəyini azarkeş SC formasında yaradılmış klubun səhmlərini almaq və ya İctimai Birlik formasında yaradılmış klubun üzvünə çevrilərək üzvlük haqqı verməklə həyata kecirə bilər. Futbolun kommersiyalaşmasını nəzərə alaraq layihə rəhbərləri bilməlidirlər ki, bu layihədə maliyyə təminatı daimi olmalıdır. Maliyyə təminatı olmadan layihə həm başlanıla, başlanılarsa belə sonradan daimi maliyyə təminatının olmaması səbəbindən dayandırıla bilər. Səhmdar cəmiyyətin yaradılması zamanı azarkeş klubun səhmini alır və bundan sonra onun büdcəsinə heç bir ödəniş etmir.

    Belə hesab edək ki, səhmlərin yerləşdirilməsindən sonra təxminən 100 000 manat yığıldı və bundan sonra da klub Azərbaycan birinciliyinin 1-ci dəstəsində fəaliyyətə başladı. Hesablamalara görə 1 ilə həmin məbləğ 1-ci dəstədə çıxış etməyə kifayət edəcək. Növbəti il yeni maliyyə dəstəyini əldə etmək üçün klub yeni səhmlər yerləşdirməli olacaq. Həmin səhmlər də birjada yerləşdirilərək satılmalıdır. Səhmlərin satılması müəyyən müddət çəkdiyindən klubun növbəti çempionatda iştirakı sual altına düşə bilər. Bundan əlavə klubun azarkeşləri ilk 3 ildə klubun səhmlərini alıb onun səhmdarı ola bilərlər. Yeni səhmdarların yaranması ehtimalı da azdır. Sonrakı illərdə köhnə səhmdarlar kluba haqq ödəmirlər.

    Səhmlər buraxmaqdan əlavə Səhmdar Cəmiyyət istiqrazlar da buraxa və müəyyən dövr üçün maliyyə resurslarını əldə edə bilər. Lakin həmin istiqrazların alınması da məhdud ola bilər. Səhmdar cəmiyyətdə kluba maliyyə dəstəyi olmağın yollarından biri də səhmdarların səhmdar cəmiyyətə verdikləri maliyyə köməyidir. Bu maliyyə köməyi də könüllü xarakter daşıyır və daimi əsasda baş vermir. Azərbaycan mentalitetini də nəzərə alaraq bilmək lazımdır ki, Azərbaycan əhalisində səhmlər almaq və satmaq o qədər də etibarlı bir vasitə kimi qəbul olunmur.

    Səhmdar cəmiyyətə baxanda İctimai Birliyin maliyyə dayaqları nisbətən daimi və etibarlıdır. Layihənin əvvəlində onun başlanılması üçün minimum üzv sayı qoyulur. Həmin üzvlər üzvlük haqlarını ödədikdən sonra klub fəaliyyətə başlayır. Növbəti illər üçün də həmin üzvlər və sonradan kluba gələn üzvlər üzvlük haqlarını ödəyir və klubun daimi maliyyə dayağı yaranır. Növbəti ildə üzvlük haqqını verməyən üzv də üzvlükdən çıxarılır.

     

    CEYHUN ƏLİYEV

    Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 1 1 0 0 3-1 3
Qəbələ 1 1 0 0 2-1 3
Zirə 1 1 0 0 2-1 3
Sumqayıt 1 1 0 0 2-1 3
Kəpəz 1 0 0 1 1-2 0
Səbail 1 0 0 1 1-2 0
İnter 1 0 0 1 1-2 0
Neftçi 1 0 0 1 1-3 0
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10