Xəbər Lenti

    Azad Rəhimov: “AAAF gənc nəslin yetişməsi üçün ciddi işlər görür”

    İslamiadaTarix: 2017-05-23 23:11:00
    ...

    Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının yekunlarına həsr olunan mətbuat konfransı keçirilib. Sport24.az xəbər verir ki, konfransda Azərbaycan Gənclər və İdman Naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iştirak ediblər.

    Nazir “Bakı 2017”nin təşkilatçılığından razılığını dilə gətirib. Komandaların Atletlər Kəndindən razı qaldıqlarını bildirən Rəhimov, bəzi yığmaların oranı mayın 25-də tərk edəcəklərini diqqətə çatdırıb. Nazir həmçinin Azərbaycanın 2021-ci ildə İstanbulda keçiriləcək V İslam Həmrəyliyi Oyunlarına ən güclü komanda göndərəcəyini də vurğulayıb.

    Daha sonra nazir jurnalistlərin çoxsaylı suallarını da cavablandırıb. O AAAF TV-nin əməkdaşının ağır atletika ilə bağlı verdiyi sualı da cavabsız qoymayıb. Rəhimov ağırlıqqaldıranlarımızın İslam Oyunlarındakı uğurlu çıxışı və son zamanlar görüləş işlər barədə bunları deyib: “Bəzi idman növləri var ki, onların Azərbaycanda məktəbi və ehtiyyat qüvvəsi var, həm də idmançıların sayı çoxdur. Bu gün bəzi ağır atletlər dopinqə görə idmandan kənarlaşdırılıb, amma cavanlar üçün yol da açılıb. Bunun da nəticəsidir ki, gənc nəsil yetişir və inanırıq ki, onlar gələcəkdə də yaxşı çıxış edəcəklər. Mən bunu onunla əlaqələndirə bilərəm ki, Azərbaycan Ağır Atletika Federasiyası bu məsələ ilə bağlı ciddi işlər görür. Dopinqə düşən idmançıların taleyi hələ də həll olunmayıb. Bəzi hallarda Beynəlxalq Ağır Atletika Federasiyası ilə danışıq, bəzi hallarda isə məhkəmə yolu ilə mübarizəni aparırıq ki, onları idmana qaytara bilək”.

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 7 6 1 0 14-3 19
Zirə 8 5 3 0 15-5 18
Qəbələ 8 5 1 2 11-8 16
Sumqayıt 8 3 1 4 8-11 10
İnter 8 2 2 4 7-11 8
Neftçi 8 2 1 4 9-9 7
Səbail 7 2 0 5 4-12 6
Kəpəz 8 1 1 6 5-14 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 2 2 0 0 3-1 6
Xəzər 2 1 0 1 4-1 3
Şüvəlan 2 1 0 1 3-1 3
MOİK 2 1 0 1 3-2 3
Binə 2 1 0 1 2-1 3
Sabah 2 1 0 1 2-2 3
Mil-Muğan 2 1 0 1 1-2 3
Ağsu 2 1 0 1 1-3 3
Turan Tov. 2 1 0 1 1-4 3
Zaqatala 2 0 0 2 1-4 0