Xəbər Lenti

    Azad Rəhimov: "İslamiadanın açılış və bağlanışına 20 milyon manat nəzərdə tutulub"

    İslamiadaTarix: 2017-05-23 18:06:00
    ...

    "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında alınan bilet sayı açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov bildirib.

    O deyib ki, tam hesablama aparıldıqdan sonra dəqiq rəqəm müəyyənləşəcək: "Hələlik təxminən 2,5 -3 milyon manatlıq biletin alındığını söyləyə bilərəm. Oyunları isə 59 ölkədən 360 min tamaşaçı izləyib".

    Nazir idmançılara veriləcək mükafat məbləğlərinə də aydınlıq gətirib: "Komandaların hər birinə 100 min, məşqçiyə isə 50 min manat veriləcək. Amma federasiyalar deyib ki, biz hər bir idmançıya özümüz də mükafat verəcəyik. "Bakı 2015" I Avropa Oyunlarında da eyni məbləğdə mükafat vermişdik. Amma o 100 minlə bu 100 min eyni deyil".

    Nazir bildirib ki, büdcədə açılış və bağlanışa 20 milyon manat nəzərdə tutulub: "Lakin xərclər tam hesablanmayıb, ona görə bu barədə tam məlumat veriləcək" ("Report").

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 7 6 1 0 14-3 19
Zirə 8 5 3 0 15-5 18
Qəbələ 8 5 1 2 11-8 16
Sumqayıt 8 3 1 4 8-11 10
İnter 8 2 2 4 7-11 8
Neftçi 8 2 1 4 9-9 7
Səbail 7 2 0 5 4-12 6
Kəpəz 8 1 1 6 5-14 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 2 2 0 0 3-1 6
Xəzər 2 1 0 1 4-1 3
Şüvəlan 2 1 0 1 3-1 3
MOİK 2 1 0 1 3-2 3
Binə 2 1 0 1 2-1 3
Sabah 2 1 0 1 2-2 3
Mil-Muğan 2 1 0 1 1-2 3
Ağsu 2 1 0 1 1-3 3
Turan Tov. 2 1 0 1 1-4 3
Zaqatala 2 0 0 2 1-4 0