Xəbər Lenti

    Millimizin üzvü: "Mən də onlar kimi qızıl medal arzusundayam"

    BoksTarix: 2017-05-05 15:06:30
    ...

    Azərbaycan millisinin boksçusu Rüfət Hüseynov Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı fikirlərini açıqlayıb. Sport24.az xəbər verir ki, 49 çəki dərəcəsində rinqə çıxacaq 20 yaşlı idmançı mayın 12-22-də baş tutacaq yarışa hazırlığını dəyərləndirib: “Toplanışın son mərhələsini keçirik. Qəbələdə fiziki məşqlərdən sonra hazırlığı Bakıda davam etdiririk. Son çalışmalar taktiki və texniki hazırlıq üzərində qurulub. Artıq özümün ideal formama yaxınlaşıram. Bir qədər fiziki çatışmazlığım vardı ki, onu da aradan qaldırmışam. Bu, Qəbələdəki məşqlərdən sonra mümkün oldu”.

    2014-cü ildə Nankində təşkil olunan Yeniyetmələrin Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Hüseynov İslamiadada da eyni uğuru təkrarlamaq arzusundadı. O bildirib ki, bunu reallaşdırmaqla, öz çəkisində liderliyini də qoruyacaq: “Bizim komandada hamının bir hədəfi var. Mən də onlar kimi qızıl medal arzusundayam. Düzdür, rəqiblərin kimliyi hələ dəqiqləşməyib. Çünki hazırda boks üzrə Asiya çempionatı da keçirilir. Həmin qitənin ölkələri bir komanda ilə Daşkənddə təmsil olunur. Onların digər boksçuları isə İslamiadaya gələcəklər. Ona görə də əsas rəqibimiz hesab olunan Asiya təmsilçilərinin Bakıya hansı heyətlə gələcəyini hələ bilmirik. Rəqiblərin kimliyindən asılı olmayaraq, çalışacam ki, İslam Həmrəyliyi Oyunlarında qalib gəlməklə, bu çəkidə bir nömrə kimi mövqeyimi qoruyum”.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 28 18 6 4 46-14 62
Qəbələ 28 14 10 4 48-21 52
İnter 28 11 10 7 39-33 43
Zirə 28 10 9 9 29-26 39
Kəpəz 28 9 9 10 24-27 36
Sumqayıt 28 9 8 11 28-35 35
Neftçi 28 9 2 17 24-45 29
AZAL 27 1 7 20 13-50 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10