Xəbər Lenti

    Sürpriz bəxş edən günə baxış

    CüdoTarix: 2017-03-11 21:29:00
    ...

    Cüdo üzrə "Böyük Dəbilqə" turnirinin ikinci günü də başa çatdı. 4 dəst medalın sahiblərini tapdığı gündən qazancımız 1 qızıl, 2 bürünc medal oldu. 

    Günə nəzər salanda nəticələrin xeyli təzadlı olduğunu görürük.  Rüstəm Orucovun "bürünc"lə kifayətlənməsi, Hidayət Heydərovun isə ümumiyyətlə, medalsız qalması fonunda Rüfət İsmayılovun çempion olması yarış öncəsi qətiyyən ağlabatan deyildi. İsmayılovun birinciliyi ilk iki günün əsas sensasiyasıdı. Kifayət qədər hazırlıqlı təsir bağışlayan 21 yaşlı atlet beş görüş keçirdi ki, hər birində bir baş üsünlük qazandı. Bolqarıstan təmsilçisi, nisbətdə xeyli titul, təcrübəli İvaylo İvanov və yapon Keniya Kohara kimi cüdoçular üzərindəki "ippon" xüsusi qeyd edilməlidi. Rüfətin bu nəticəsi onu deməyə əsas verir ki, nəhayət, 81 kiloqramda da beynəlxalq arenada adımız çəkiləcək. Elnur Məmmədlinin karyerasını bitirməsindən sonra geridə qalan dövr ərzində bu çəkidə çıxış edən cüdoçular ciddi nəticə qazana bilməyib. 

    Orucovun uzun müddətdi əziyyət çəkdiyi "yapon sindromu" bu yarışda da davam etdi. Düzdü, rəqib kifayət qədər ciddi, 2014-cü ilin dünya çempionu Nakaya idi, amma uğursuz seriyanın yaratdığı  psixoloji yük məğlubiyyətdə az rol oynamadı. Heydərov isə hər iki məğlubiyyəti kifayət qədər ciddi rəqiblərdən(olimpiya çempionu Laşa Şavdatuaşvili, olimpiya vitse-çempionu Mikloş Unqvari) alsa da, etiraf edək ki, Parisdəki formasından uzaq idi.

    Qadınların mübarizəsinə gəldikdə, burada çıxış edən 8 cüdoçudan 1-i bürünc medal qazandı. Ki, bu haqda da geniş söhbət açmağa gərək yoxdu. Çünki Xanım Hüseynova bu yolda öz komanda yoldaşlarını üstələdi.

    SAHİB ƏSƏDBƏYLİ
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 7 6 1 0 14-3 19
Zirə 8 5 3 0 15-5 18
Qəbələ 8 5 1 2 11-8 16
Sumqayıt 8 3 1 4 8-11 10
İnter 8 2 2 4 7-11 8
Neftçi 8 2 1 4 9-9 7
Səbail 7 2 0 5 4-12 6
Kəpəz 8 1 1 6 5-14 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 2 2 0 0 3-1 6
Xəzər 2 1 0 1 4-1 3
Şüvəlan 2 1 0 1 3-1 3
MOİK 2 1 0 1 3-2 3
Binə 2 1 0 1 2-1 3
Sabah 2 1 0 1 2-2 3
Mil-Muğan 2 1 0 1 1-2 3
Ağsu 2 1 0 1 1-3 3
Turan Tov. 2 1 0 1 1-4 3
Zaqatala 2 0 0 2 1-4 0