Xəbər Lenti

    İlk günə sözardı

    CüdoTarix: 2017-03-11 00:06:20
    ...

    Cüdo üzrə sayca beşinci "Böyük Dəbilqə" bu gündən start götürdü. 31 ölkədən 183 cüdoçunun iştirak etdiyi turnirin ilk günündə 5 çəki dərəcəsi üzrə qalib və mükafatçıların adına aydınlıq gəldi.

    19 nəfərlə təmsil olunduğumuz ilk gündə qazanc cəmi 1 "bürünc" oldu. Bu da öncədən qeyd edək ki, uğurlu nəticə deyil. Doğrudu, xüsusən qadınlar olmaqla, digər cüdoçulara inam o dərəcədə güclü deyildi, amma Nicat Şıxəlizadə kimi turnirin reytinq liderinin mükafatsız qalması təəssüf doğuran amildi. Eləcə də çəki dərəcəsi üzrə turnirin digər reytinq favoriti Orxan Səfərovun final yolunda iki həftə əvvəl asanlıqla məğlub etdiyi rəqibə yenilərək, "bürünc"lə kifayətlənməsi qənaətbəxş sayılmamalıdı.

    Ümumilikdə qaliblərə nəzər saldıqda kişilərin 60 kiloqram çəki dərəcəsində Səfərovla birlikdə əsas favorit hesab edilən yapon Toru Şişimenin qələbəsi gözlənilən idisə, 66 kiloqramda İsrail cüdoçusu Tal Flikerin yaponiyalı Takajo Tomofuri üzərində qələbə qazanaraq birinci yeri tutması sürpriz oldu.

    Qadınlara gəldikdə, əsas gözlənilməz nəticə 48 kiloqramda braziliyalı Arissa Koyamanın birinciliyidi. 57 kiloqramda taypeyli Çen Linq-Lienin qələbəsi əvvəlcədən real idi. 52 kiloqramda Aleksandra Florianın da qaliblər arasında olması təəccüb doğurmur.

    Qeyd edək ki, qarşıdakı günlərdə kişilərin mübarizəsində daha 20, qadınlarda isə 11 təmsilçimiz tatamiyə çıxacaq. Onların arasında Rüstəm Orucov, Hidayət Heydərov, Məmmədəli Mehdiyev, Elmar Qasımov, Elxan Məmmədov və Uşanqi Kokauri kimi iddialı cüdoçuların olması nəticəni xeyli yaxşılaşdıracağımızı gözləməyə əsas verir. 

     

    SAHİB ƏSƏDBƏYLİ

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 28 18 6 4 46-14 62
Qəbələ 28 14 10 4 48-21 52
İnter 28 11 10 7 39-33 43
Zirə 28 10 9 9 29-26 39
Kəpəz 28 9 9 10 24-27 36
Sumqayıt 28 9 8 11 28-35 35
Neftçi 28 9 2 17 24-45 29
AZAL 27 1 7 20 13-50 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10