Xəbər Lenti

    Ayxan Abbasov legionerini cəzalandıracaq: "Ən zəif matçlarımızdan oldu"

    FutbolTarix: 2017-10-21 20:00:00
    ...

    "Zirə"nin baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqasının IX turunda "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqlarl səfər matçından sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, gənc mütəxəssis öncə oyun haqda danışıb. 

     - Gərgin qarşılaşma oldu. "Sumqayıt”ın öz meydanında istəkli olduğunu bilirdik. Matçın əvvəli istədiyimiz kimi alındı və erkən qol vurduq. Lakin ardından səhvlərə yol verdik. İkinci qolu vura bilsəydik, hər şey başqa cür olardı. Ümumilikdə, ən zəif oyunlarımızdan oldu. Müdafiədə çoxlu səhv etdik. Heyətdə müəyyən problemlərimiz var. İndi  ən çətin anlardı və toparlanmağa çalışacağıq.

    - Qapıçınız Kamal Bayramovun yaxşı qurtarışları olmasaydı, rəqib daha böyük hesabla qələbə qazana bilərdi. Onu bundan sonra da start heyətdə oynadacaqsınız?

    - Kamala ötən mövsümdə də şans verirdik. Hazırda Anar Nəzirovun ayaqlarında ağrılar olduğundan, ona istirahət vermişdik. Hər ikisini oynadacağıq. Bu, rəqiblərdən asılı olacaq. 

    - Rumıniyalı müdafiəçiniz Qabriel Matey əvəzlənərkən buna etiraz etdi. Həmin an legionerinizə nə söylədiniz?

    - Futbolda belə şeylər olur. Qabriel narazılıq edə bilər. Ancaq bunu aşkar etməməlidir. Mateyə bunu söylədim. Heç bir futbolçuya fərq qoymuruq. Qabriel cəzasını alacaq.

    - "Zirə” ən bərbad oyunlarından birini keçirməsinə səbəb nədi?

    - Ümumən götürdükdə, bərbad oynamadıq. Bundan da zəif oyunlarımız olub. Bəzi futbolçularımız həddən çox zəif çıxış etdilər. Açığı, mətbuat konfransında futbolçuları günahlandıraq tərzim deyil. Komanda şəkində uduzduq. İddialı klubda olduqları üçün futbolçuların üzərlərində təzyiq var. Buna öyrəşməyiblər. Bu oyunu unudub, "Qəbələ” ilə qarşıdakı matçı düşünməliyik.

    - Riçard Qadze və Təmkin Xəlilzadənin "Qarabağ”ın maraq dairəsində olduqları bildirilir. Təklif gəlsə, buraxacaqsınız?

    - Futbolçularımıza iddialı klublardan təklif gələndə, bu, bizi sevindirər. Yayda Təmkindən danışan yox idi, indisə milliyə dəvət alır. Ötən mövsümlə müqayisədə Qadzedə də fərq var. Bu, rəhbərliyin işidi. Təklif gələrsə, ona baxarlar. Hər bir futbolçu "Qarabağ”da oynaya bilməz.

    - Təmkin "Qarabağ"da oynaya bilər?

    - Niyə də oynamasın? Xəlilzadə Azərbaycanın ən perspektivli futbolçulardan biridir. Amma "Qarabağ”ın işinə müdaxilə edə bilmərəm. Təmkin öz üzərində çox işləməlidir.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 9 7 2 0 17-6 23
MOİK 9 5 2 2 15-7 17
Turan Tov. 9 4 2 3 13-13 14
Binə 9 4 2 3 10-5 14
Mil-Muğan 9 4 1 4 15-15 13
Şüvəlan 9 4 1 4 9-9 13
Xəzər 9 3 3 3 9-6 12
Sabah 9 3 1 5 11-16 10
Ağsu 9 2 2 5 11-19 8
Zaqatala 9 1 0 8 5-19 3