Xəbər Lenti

    Konte "Qarabağ"la oyunu ideal start sayır: "Zappakosta mənə dedi ki, məqsədi qapıya zərbə vurmaq deyildi"

    FutbolTarix: 2017-09-13 01:38:00
    ...

    “Bu, bizim üçün ideal start oldu. Qrupun ilk oyununda çoxlu qol vurduq və qapımızı toxunulmaz saxladıq”. Sport24.az xəbər verir ki, bu sözləri “Çelsi”nin baş məşqçisi Antonio Konte Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”a qalib gəldikləri oyundan (6:0) sonra keçirilən mətbuat konfransında deyib.

    İtaliyalı mütəxəssis futbolçuların hər birindən razılığını bildirib: “Komandamda xeyli müsbət məqamları gördüm. Futbolçular matça əla köklənmişdi. David Zappakosta çox yaxşı çıxış etdi. Eden Azar ən yaxşı formasına qayıtmaq üzrədi. Andreas Kristensen kimi oyunçulara da şans vermək çox önəmlidi". 

    Konte Davide Zappakostanın cinahdan birbaşa “Qarabağ”ın qapısına vurduğu baxımlı qol  barədə də danışıb: "Zappakosta mənə dedi ki, məqsədi qapıya zərbə vurmaq yox, qapı qarşısına ötürmə etmək olub. Ancaq həmin zərbə qolla nəticələndi. Bizim üçün də əsas olan qoldur”.

    Konte artıq “Arsenal”la Premyer Liqadakı oyunları qarşıdakı haqda düşünməli olduqlarını bildirib: “İndi yolumuza davam etməliyik. Sabah istirahət etdib, sonra “Arsenal”la keçirəcəyimiz çətin matç haqda düşünməliyik"

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 7 6 1 0 14-3 19
Zirə 8 5 3 0 15-5 18
Qəbələ 8 5 1 2 11-8 16
Sumqayıt 8 3 1 4 8-11 10
İnter 8 2 2 4 7-11 8
Neftçi 8 2 1 4 9-9 7
Səbail 7 2 0 5 4-12 6
Kəpəz 8 1 1 6 5-14 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 2 2 0 0 3-1 6
Xəzər 2 1 0 1 4-1 3
Şüvəlan 2 1 0 1 3-1 3
MOİK 2 1 0 1 3-2 3
Binə 2 1 0 1 2-1 3
Sabah 2 1 0 1 2-2 3
Mil-Muğan 2 1 0 1 1-2 3
Ağsu 2 1 0 1 1-3 3
Turan Tov. 2 1 0 1 1-4 3
Zaqatala 2 0 0 2 1-4 0