"Liverpul"un müdafiəçisi və kapitanı Vircil van Dayk Yurgen Kloppun gedişindən sonra komandanın baş məşqçisi vəzifəsinə təyin oluna biləcək niderlandlı mütəxəssis Arne Slot haqqında fikirlərini bölüşüb.

Sport24.az xəbər verir ki, o, hələ rəsmi açıqlamanın olmadığını bildirib:

"Hələlik rəsmi açıqlama verilməyib, lakin Slotun "Liverpul"un baş məşqçisi olacağı barədə məlumat var. Hər şeyin necə olacağını görərik. Başa düşürük ki, "Liverpul" böyük dəyişikliklərlə üz-üzədir. Maraqlı olacaq. Mən komandanın kapitanıyam, ona görə də, bura gələn hər kəsə kömək edəcəm".