"Bayer" (Leverkuzen) Almaniya Bundesliqasının 32-ci turunda "Ayntraxt"ı məğlub (5:1) edib.

Sport24.az xəbər verir ki, nəticədə, Xabi Alonsonun yetirmələri mövsümdə vurduğu qolların sayını 82-yə çatdırıb. Bu, çempionatın bitməsinə hələ iki tur qalmasına baxmayaraq, klub tarixində ən yaxşı nəticədir. 

Xatırladaq ki, "Bayer" vaxtından əvvəl – klub tarixində ilk dəfə Almaniya çempionu olub.

Almaniya çempionatının növbəti turunda "Bayer" səfərdə "Bohum"la qarşılaşacaq. Oyun mayın 12-də, saat 21:30-da start götürəcək.