"Liverpul"un müdafiəçisi Vircil van Dayk komandadan ayrıla bilər.

Sport24.az xəbər verir ki, niderlandlı futbolçu ilə bir neçə klub maraqlanır. Onun xidmətində "Milan", "İnter", "Atletiko", "Əl-Hilal" və "Əl-Nəsr" maraqlıdır. Bundan başqa, Van Dayka İngiltərə Premyer Liqasının bəzi klublarından da maraq var.

Futbolçunun özü isə klubu ilə müqaviləni uzatmaq istəyir.