"Yığmaya qayıtmağımın səbəbi Azərbaycanda voleybolun inkişaf etdirilməsidir". Sport24.az xəbər verir ki, bunu Azərbaycanın qadınlardan ibarət voleybol yığmasının baş məşqçisi Faiq Qarayev komandanın Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan məşqindən sonra jurnalistlərə açıqlamasında deyib.

 

Mütəxəssis hazırlıqların yaxşı getdiyini bildirib: "Hazırlıqlar yaxşıdır, amma vaxt çox azdır. Ölkə çempionatı bitdikdən sonra bir həftə vaxtımız var. Mayın 9-da yola düşürük. Təcrübəmiz var. Bilirsiniz ki, 2026-cı ildə voleybol üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək. İndidən hazırlıqlara başlamışıq".