"Liverpul"un sabiq futbolçusu Cimi Karrager Premyer Liqada "Mançester Yunayted"in "Kristal Pelas"la oyununu (0:4) tənqid edib.

Sport24.az xəbər verir ki, o, bunları deyib:

"Mançester Yunayted" "Kristal Pelas"a belə hesabla uduzmamalıdır. Zədələrlə bağlı problemləri başa düşürəm, amma 23 yaşadək futbolçular akademiyada təhsil alıblar, necə oynamağı bilirlər. Düşünürəm ki, 23 yaşadək komandanın üzvləri bu gün "Mançester Yunayted"də oynasa belə, nəticə daha yaxşı olardı".