Çempionşip komandası "Hall Siti"də baş məşqçi ilə yollar ayrılıb.

Sport24.az xəbər verir ki, Acun Ilıcalının komandası 39 yaşlı mütəxəssis Liam Rosenyorun müqaviləsinə xitam verib. Komanda Çempionşipdə mövsümü 7-ci bitirib və Premyer Liqaya vəsiqə qazana bilməyib.

Rosenyor 2022-ci ilin noyabrından "Hall Siti"yə başçılıq edirdi.