"Feyenoord"un baş məşqçisi Arne Slot "Liverpul"da işləmək ehtimalı haqda danışıb. Sport24.az "The Athletic"-ə istinadən xəbər verir ki, o, komandanın oyunlarını yaxından izlədiyini bildirib:

 

"Liverpul"un "Tottenhem"lə son oyununa baxdım. Bu, "Liverpul" üçün böyük qələbə idi. Təyinatımla bağlı rəsmi açıqlama olsa, gedib komandanın digər oyunlarını izləyəcəm. Mən artıq seçimimi etmişəm. Önümüzdəki həftələrdə xəbərlər olmalıdır".

 

Qeyd edək ki, Yurgen Klopp cari mövsümün sonunda "Liverpul"u tərk edəcək. O, 2015-ci ildən komandaya rəhbərlik edir.