Xəbər Lenti

    Zaur Svanadze: “Məğlubiyyətə layiq deyildik”

    FutbolTarix: 2017-03-18 21:55:00
    ...

    Topaz Premyer Liqasının XX turu çərçivəsində keçirilən “Neftçi” – “İnter” matçından sonra qonaqların baş məşqçisi Zaur Svanadze mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, 58 yaşlı mütəxəssis 1:2 hesablı məğlubiyyətə layiq olmadıqlarını bildirib.

    -    İlk növbədə sizləri Novruz bayramı münasibəti ilə təbrik edirəm. Daha sonra “Neftçi”ni 80 illik yubiley və qələbə münasibəti ilə təbrik edirəm. Pis oynamadıq. Heç-heçəyə layiq idik. İlk yarıda təşəbbüs rəqib tərəfdə olsa da, real qol imkanları olmadı. Qələbə üçün bəxt də lazımdı. Fasilədən sonra ərazi üstünlüyü qazandıq. Görünür “Neftçi” bizim üçün arzuolunmaz rəqibdi. Hər halda, 4 oyunun 3-də uduzduq.

    -    Özünüz hansı səhvə yol verdiniz?
    -    Düşünmürəm ki, səhvə yol vermişəm. Sadəcə, bəxtimiz gətirmədi.

    -    Hücumlarınız zamanı belə bir təəssürat yaranırdı ki, məşqlərdə bu komponent üzərində çalışmırsınız...
    -    Əsla. Hücum edərkən, hər kəs nə etməli olduğunu bilir. Sadəcə, texniki qüsurlarımız oldu. Özünüz də bilirsiniz ki, heyətə yeni oyunçu cəlb edə bilməmişik. Rəqib isə əksinə, demək olar, yeni heyət qurub. Üstəlik qışda 2 əsas heyət oyunçumuz getdi, bunlardan biri də bu gün bizə qarşı oynayırdı.

    -    Kimdi günahkar?
    -    Kim buraxıb, onlardan soruşun.

    -    Səlahət Ağayevin yoxluğu məğlubiyyətə nə dərəcədə təsir etdi?
    -    Səlahət bizim “1 nömrə”di. Ancaq heç kim deyə bilməz ki, o, dayansaydı necə olardı?

    -    Namik Ələsgərov “Qarabağ”dan “Neftçi”yə keçərkən, centlmen razılığı olmuşdu ki, o, keçmiş komandasına qarşı oynamayacaq. Eyni razılaşmanı Ruslan Abışovla bağlı etmədiyinizə görə, üzülmürsüz?
    -    Üzülürəm. Ancaq biz Türkiyə toplanışında olanda, zəng edib mənə dedilər ki, Ruslan Abışov “Neftçi”yə keçir.

    -    Premyer Liqamızda yeganə mütəxəssissiniz ki, “Neftçi”yə qarşı 80-ci illərdə oynamısınız...
    -    Bir xatirə danışım. Bakıda oynayırdıq və müdafiıçimiz Tavadze ötürmə edərkən səhvə uol verdi. Bunun nəticəsində “Neftçi” 1:0 qalib gəldi. Evə qayıdanda, bütün qəzetlər yazmışdı ki, Svanadzenin səhvi “Dinamo”nu məhv etdi.  
     

    CEYHUN ƏLİYEV

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 10 8 1 1 17-4 25
Zirə 11 7 3 1 19-8 24
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 11 5 1 5 14-15 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 10 3 0 7 6-16 9
Keşlə 11 2 2 7 8-17 8
Kəpəz 11 2 1 8 7-17 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 8 6 2 0 13-5 20
MOİK 8 5 2 1 15-6 17
Turan Tov. 8 4 2 2 12-10 14
Xəzər 8 3 3 2 9-5 12
Binə 8 3 2 3 9-5 11
Mil-Muğan 8 3 1 4 11-15 10
Şüvəlan 8 3 1 4 8-9 10
Sabah 8 3 1 4 11-12 10
Ağsu 8 2 2 4 10-15 8
Zaqatala 8 0 0 8 2-18 0