Xəbər Lenti

    Qarabağ qazisi paralimpiya hərəkatına qoşulur

    DigərTarix: 2017-04-18 23:18:00
    ...

    Qarabağ qazisi, kapitan Anar Məmmədov paralimpiya hərəkatına qoşulmaq qərarı verib. Sport24.az xəbər verir ki, bu barədə paratakvondo üzrə dünya və Avropa çempionu Aynur Məmmədova öz "facebook" hesabında məlumat yayıb. 

    O, qəhrəman qazimizə məhz öz məşğul olduğu növü məsləhət gördüyünü və A. Məmmədovun məmnuniyyətlə bunu qəbul etdiyini bildirib: "Kapitan igidimiz Anar Məmmədovu tanıdıqdan sonra onu paralimpiya idman növlərı ilə məşğul olmağa dəvət etdim. Bildirdim ki, sənə uyğun parataekvondo idman növüdü. O, sevinclə bildirdi ki, hə, idmanla məşğul olmaq istəyirəm.

    Bu gün Anarı zalımıza dəvət etdim, dəvətimi qəbul edib gəldi. Müəllimimizlə, komandanın üzvləri ilə tanış oldu və dedi ki, hər bir çətinliyə dözəcəm, bayrağımızı başqa ölkələrdə qaldırmağa çalışacam.

    Anarla yarışlarmızdan döyüşlərimizdən danışan zaman birinci bilirsiz, nə soruşdu? Ermənilər var parataekvondoda? Dedim ki, yox, Anar, hələ onlardan irəli çıxan komanda yoxdu".

    Qeyd edək ki, A. Məmmədov 2015-ci il sentyabrın 1-də cəbhə xəttində baş verən döyüşlər zamanı Talış və Gülüstan istiqamətində minaya düşərək bir qolunu itirib.. Onun hazırda 32 yaşı var.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 28 18 6 4 46-14 62
Qəbələ 28 14 10 4 48-21 52
İnter 28 11 10 7 39-33 43
Zirə 28 10 9 9 29-26 39
Kəpəz 28 9 9 10 24-27 36
Sumqayıt 28 9 8 11 28-35 35
Neftçi 28 9 2 17 24-45 29
AZAL 27 1 7 20 13-50 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10