Xəbər Lenti

    "Qəbələ" cüdoçularından 8 medal

    CüdoTarix: 2017-07-01 00:24:00
    ...

    U-23 gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyi başa çatıb. Sport24.az xəbər verir ki,  “Qəbələ” İdman Klubunun cüdoçuları yarışda uğurla çıxış edib. “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunan birincilikdə idmançılarımız 8 medal qazanıb. Təmsilçilərimiz oğlanların mübarizəsində 3 qızıl, 2 gümüş və 3 bürünc medal əldə ediblər.

    İsmayıl İbrahimov (66 kq), Fəqan Quluzadə (81 kq) və Vasif Şərbətli (100 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Finala qədər irəliləyən Elçin Hüseynov (66 kq) və Rüfət İsmayılov (90 kq) yalnız həlledici görüşdə uduzaraq, gümüş mükafata yiyələniblər. Hasil Cəfərov (73 kq), İman Yusifov (100 kq) və Camal Feyziyev (+100 kq) birinciliyin bürünc mükafatçısı olublar.

    46 klubdan 333 idmançının qatıldığı  (288 oğlan, 45 qız) yarışda “Qəbələ” komanda hesabında 2-ci yeri tutub.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 9 7 2 0 17-6 23
MOİK 9 5 2 2 15-7 17
Turan Tov. 9 4 2 3 13-13 14
Binə 9 4 2 3 10-5 14
Mil-Muğan 9 4 1 4 15-15 13
Şüvəlan 9 4 1 4 9-9 13
Xəzər 9 3 3 3 9-6 12
Sabah 9 3 1 5 11-16 10
Ağsu 9 2 2 5 11-19 8
Zaqatala 9 1 0 8 5-19 3