17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının məşqçisi Aleksandr Qross Belarusun Minsk şəhərində UEFA-nın inkişaf turnirinin 2-ci oyununda Özbəkistana məğlubiyyəti (0:2) şərh edib. Sport24.az xəbər verir ki, baş məşqçi İlham Yadullayevin köməkçisi Belarus Futbol Federasiyasının rəsmi saytına açıqlamasında bunları deyib: 

 

"İlk hissədə yaxşı oynadıq. Standart vəziyyətdən qol buraxdıq, daha sonra oyunu bərabərləşdirdik və bəlkə də rəqibdən üstün oynamağa başladıq. Şanslar var idi, lakin hesabı bərabərləşdirmək üçün istifadə edə bilmədik. Rəqib ikinci qol üçün oynadı. Növbəti matça hazırlaşacağıq. Tacikistan yığması? Bildiyimizə görə, onlarla son qarşılaşmadan sonra orda baş məşqçi dəyişdi. Ola bilsin ki, onların oyuna yeni baxışı var".

 

Qeyd edək ki, İlham Yadullayevin baş məşqçi olduğu U-17 ilk görüşdə meydan sahiblərinə 0:4 hesabı ilə məğlub olub.