UEFA AVRO-2024-də hakimlərin qazanacağı məbləği açıqlayıb. Sport24.az xəbər verir ki, qrup oyunlarını idarə edəcək əsas referilərə hər oyuna 5000 avro veriləcək.

 

Pley-offlarda isə bu rəqəm ikiqat artacaq.

 

Laysman və 4-cü hakimlərin qrup mərhələsinin hər matçında qazancı 2500 avro olacaq. Pley-offlarda isə bu rəqəm 5000-ə yüksələcək.

 

VAR hakimləri qrup mərhələsində 3000, pley-offlarda 5000 avro qazanacaqlar.

 

Qeyd edək ki, qitə çempionatı iyunun 14-dən iyulun 14-dək keçiriləcək.