Xəbər Lenti

    Ayxan Abbasov püşkə görə stressə girmir: "Rəqibdən asılı olmayaraq çalışacağıq ki, eyni "Zirə"ni görək" 

    FutbolTarix: 2017-06-18 23:07:00
    ...

    "Püşkün nəticəsi inşallah, bizim üçün xeyirli olar. Ancaq bütün fikrimizi ona yönətlməmişik". Bu fikirləri Sport24.az-a açıqlamasında "Zirə"nin baş məşqçisi Ayxan Abbasov bildirib. Sabah keçiriləcək avrokubokların püşkün nəticəsinə əsasən debütant "Zirə" də ilk təsnifat mərhələsində rəqibini biləcək. 

    Abbasovun sözlərinə görə, rəqibin kimliyi onlarda təşviş yaradır: "Düzdür, ilk dəfədir avrokuboklarda çıxış edəcəyik. Püşkdən sonra hansısa rahatlıq keçirək və ya hansısa çətin rəqib düşəndən həvəsdən düşək, belə bir stressə girmək istəmirik. Komandanı da sırf ona hazırlamışıq ki, hansısa rəqib düşürsə-düşsün, öz oyunumuzu, əzmkarlığımızı göstərməliyik. Çalışacağıq ki, bu turnirdə ilk təsnifat mərhələsində yaxşı çıxış edək".

    Gənc mütəxəssis Avropa Liqasına çempionata hazırlıq kimi də baxdıqlarını söyləyib: "Çünki bu turnirdə oynayan klublarımız hazırlığa tez başlayır. Buna əsasən Avropa Liqasına hazırlığı çempionata hazırlığın davamı kimi baxmaq istəyirik. Futbolçuların özləri üçün də avrokuboklar təcrübədi. Bir çox futbolçularımız qitəmiqyaslı turnirdə ilk dəfə çıxış edəcək. Təcrübə toplamaq üçün bu matçlar çox vacibdi. Rəqibin kimliyindən asılı olmayaraq çalışacağıq ki, eyni "Zirə"ni görək". 

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 2 2 0 0 4-1 6
Qəbələ 1 1 0 0 2-1 3
Zirə 1 1 0 0 2-1 3
Sumqayıt 1 1 0 0 2-1 3
Səbail 2 1 0 1 2-2 3
Kəpəz 1 0 0 1 1-2 0
İnter 2 0 0 2 1-3 0
Neftçi 2 0 0 2 1-4 0
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10