Bu gün Azərbaycan Basketbol Liqasında XVIII turun növbəti görüşü keçiriləcək.

Sport24.az xəbər verir ki, günün yeganə matçı Bakıda təşkil olunacaq.

"Sərhədçi" Azərbaycan kubokunun qalibi "Neftçi"ni sınağa çəkəcək. Hər 2 komanda pley-offa vəsiqə qazandığında matç demək olar ki, formal xarakter daşıyacaq.

Qeyd edək ki, turun ilk 2 görüşündə "Sabah" "Xəzri"yə 77:65, "Xırdalan" "Cəlilabad"a 90:84 hesabı ilə qalib gəlib. Sabah "Gəncə" "Sumqayıt"ı, ertəsi gün NTD-İNDİQO "Şəki"ni qəbul edəcək.

26 aprel
XVIII tur
19:30. "Sərhədçi" – "Neftçi"

"Sərhədçi" İdman Mərkəzi