Cüdo üzrə Avropa çempionatı davam edir.

Sport24.az xəbər verir ki, Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən yarışın ikinci günündə Azərbaycan millisinin üç cüdoçusu tatamiyə çıxacaq.

Üçqat Avropa çempionu Hidayət Heydərov da növbəti titul üçün mübarizə aparacaq. Onun iki komanda yoldaşı da medal qazanmağa çalışacaq.

Kişilər
73 kq

Hidayət Heydərov ikinci mərhələdə tatamiyə çıxıb. O, İndrit Kalhacla (Albaniya) qarşılaşıb və qələbə qazanıb. Üçqat Avropa çempionumuz 1/8 finalda portuqaliyalı Otari Kvantidze ilə güləşəcək.

İlk mərhələdən azad olan Rəşid Məmmədəliyev Coşua Qrini (İrlandiya) mübarizədən kənarlaşdırıb. O, növbəti görüşündə Ruslan Qoluvaçovu (AİN) sınağa çəkəcək.

81 kq
Zelim Tçkayev startda Maksim Triquba (İrlandiya) məğlub olaraq çempionatla erkən vidalaşıb.

Qeyd edək ki, yarışın ilk günündən sonra millimizin hesabında bir medal var. Balabəy Ağayev 60 kq çəkidə gümüş qazanıb.