Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə ilk dəfə kata üzrə ölkə birinciliyi keçirilib. Sport24.az xəbər verir ki, yarışda 18 yaşa qədər yeniyetmələr iştirak ediblər.

 

Yarışda 12 cütlük (tori və uke) medallar uğrunda mübarizə aparıb. Cüdoçular yalnız katanın "nage no kata" növündə fəndləri nümayiş etdiriblər.

 

 Birinciliyi izləyənlər arasında Türkiyə Cüdo Federasiyasının (TCF) Təhsil Direktoru, Avropa Cüdo Birliyinin (ACB) Kata Komissiyasının üzvü Mehmet Yılmaz və TCF-nın təhsil mütəxəssisi Gökhan Çelik də iştirak edib.

 

Medalçıların siyahısını təqdim edirik:

Qızıl medal
Sadiq Abdullayev (tori)
Rəcəb Əkbərov (uke)

Gümüş medal
Rəsul Əmirzadə (tori)
Elvin Məmmədov (uke)

Bürünc medal
Ayxan İslamlı (tori)
İsmayıl Rəhimli (uke)

Bürünc medal
Cavanşir Comərdov (tori)
Fazil Hüseynov (uke)

5-ci yer
İsa Allahverdiyev (tori)
Hüseyn Vəliyev (uke)

5-ci yer
Zidan Bəşirov (tori)
Tunar Cəfərov (uke)