Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə "Böyük dəbilqə" turnirinin püşkü atılıb.

Sport24.az xəbər verir ki, sabah start götürəcək yarışda qadınlardan ibarət Azərbaycan millisi də iştirak edəcək.

Yığmamız turnirə 5 cüdoçu ilə qatılacaq. Onların Düşənbədəki ilk rəqibləri bəlli olub.

48 kq. Leyla Əliyeva – Asmita Dey (Hindistan)
52 kq. Gültac Məmmədəliyeva – Marina Kastello (İspaniya) / Amber Rihel (Belçika) cütünün qalibi
52 kq. Aydan Vəliyeva – Lea Metro (Fransa)
57 kq. Açeliya Toprak – Maisa Pardayeva (Türkmənistan)
57 kq. Fidan Əlizadə - Qi Çai (Çin)